Port Baku Mall uşaqları yenə də inanılmaz şou ilə sevindirəcək!

31 oktyabr tarixində Bakının ən iri ticarət mərkəzlərindən biri olan Port Baku Mall Halloween bayramı münasibəti ilə uşaqlara unudulmaz şou bəxş edəcək.

Halloween nədir?

Böyük Britaniya və Şimali İrlandiya ərazilərində öz tarixini yazmağa başlayan İrlandiya və Şotlandiyanın qədim Keltlərin ənənələrinə əsaslanan müasir bayramdır.

Təxminən XVI əsrdə 31 oktyabr gecəsi hamıdan şirniyyat istəmək ənənəsi yaranmışdır. Böyüklü-kiçikli, hamı üzlərinə parçadan olan maska taxıb qapı-qapı gəzir və şıltaqlıqla ev sahiblərindən ləzizlər tələb edirdilər. Bu bayramın əsas rəmzi Cek fənəri idi – içərisi şam ilə işıqlandırılan, üzərində isə qorxunc sima oyulmuş balqabaq. Həmin gün karnaval kostyumlarına — əcinnə, şeytan və ya fövqəltəbii personajların paltarlarına geyinirlər. Odur ki, Drakula, Frankenşteyn, Qulyabanı, Mumiya, Opera Kabusu, Banşını təcəssüm etdirən Monster High gəhramanları sizi 31 oktyabr saat 16:00-da Port Baku Mall-da gözləyəcəklər.

Bu bayram günü karnaval kostyumlarına bəzənmək artıq ənənədir. Maraqlı kostyumlar geyinən uşaqlar arasında ən yaxşısını Monster High gəhramanları özləri seçəcəklər.

Şirniyyat dilənçiliyindən və müxtəlif kostyumlara bəzənməkdən başqa Halloween qeyd edilməsi maraqlı oyun və əyləncələr ilə əlaqəlidir.
Məhz bu bayram münasibətilə Moskvadan məhşur «Eksperiment» musiqili teatrın artistlər xüsusi olaraq bu gün üçün gözəl proqram hazırlayıblar.
Həmin gün həmçinin uşaqların etibarlı dostları, sehrbaz, jonqlyor, animator, Veniamin və sabun köpükləri şouları öz çıxışları ilə sevindirəcəklər.

31 oktyabr, saat 15:00-da, Port Baku Mall-a gəlin!
Sizi dəhşətli bir əyləncə gözləyir!

Giriş pulsuzdur!

Latest news