Marni

Marni brendinin Yaz/Yay 2016 kolleksiyası Consuelo Castiglioni tərəfindən Milanda FASHION SHOW-da təqdim olunub. Dizayner Consuelo Castiglioni Marni shousundan sonra səhnə arxasında verdiyi musahibədə kolleksiyanın hərəkət, axarlılıq və sabitliyi göstərdiyini bildirib. Eyni zamanda da libaslardakı memarcasına kəsimə baxmayaraq yenə də axarlılığın olduğunu da əlavə edib.

Castiglioni uçuşan yan panelləri olan şalvarlar, önlüklü geyimlər və müxtəlif hissəli, növbənöv rəngli və müxtəlif biçimli asimmetrik geyimləri əks etdirən geniş siluetlər seçib. Parlaq rəng çalarlarının ahəngi, güpür xallı hissəciklərin həndəsi düzülüşü və gözəçarpan yarpaq naxışlı printlər bütün formalara lazım olan canlılığı gətirib.

Latest news