Port Baku Mall-da Yeni il ab-havası!

Əziz uşaqlar və valideynlər!

Yeni 2016-cı il yaxınlaşır və siz əlbəttəki ürəyinizdə bir çox arzu tutmusunuz və səbirsizliklə Şaxta Babanın gəlişini gözləyirsiniz. Və budur, Şaxta Baba sizinlə birgə yeni ili qarşılamaq üçün Bakıya gəlib. O, Port Baku Mall-da məskunlaşaraq, burada özünə gözəl bir mağara salıb. Gözəl bəzədilmiş şam ağacı, şamlar və sayrışan işıqlar bu mağaraya yaraşıq verir.

Şaxta Baba hamını həmin mağaraya qonaq dəvət edir.

Dekabrın 19-dan yanvarın 4-dək saat 16:00-dan 20:00-dək Şaxta Babanın Port Baku Mall-da yerləşən mağarasına gəlin və onunla birgə sehirli papaqda şəkil çəkdirin. Şaxta Babanın köməkçiləri həmin şəkli çərçivəyə salıb, sizə hədiyyə verəcəklər.

Latest news