Emil Əzizin «Əl-əlvan həyat» sərgisi

18 - 27 mart tarixlərində Port Baku Mall Novruz bayramına həsr olunmuş festival çərçivəsində qonaqları qəbul edir. Festivalı mall-un birinci mərtəbəsində yenicə açılmış sərgi salonunda Emil Əzizin «Əl-əlvan həyat» adlı sərgisi açacaq. Sərgi 20 mart tarixindən fəaliyyət göstərəcək. Emil Əziz tanınmış rəssam Rafiq Əzizovun ailəsində doğulub. Uşaqlığı atasının və digər tanınmış rəssamların emalatxanalarında keçib.

Məhz atası Emili təsviri incəsənətlə tanış edib, ona sənətin incəliklərini öyrədib və hər zaman dəstəkləyib. 1995-ci ildə atasının işlərilə əlaqədar Türkiyəyə köçən Emil Əziz xaricdə yaşamağına baxmayaraq, rəsmlərində milli incəsənətin təkrarolunmaz koloritini qoruyub saxlaya bilib.

Müasir Azərbaycan qadınının obrazını yaradarkən isə dəb və gözəllik arasındakı incə bağlılığı göstərməyə müvəffəq olub. Al-əlvan boyalara deyil, məhz Emilin gözəl əl işləri olduğunu vurğulamaq məqsədilə bu sərgi məhz «Əl-əlvan həyat» adlanır. Ümidvarıq ki, bu sərgi Novruz Bayramına hamımız üçün böyük hədiyyə olacaq!

Latest news

Vyana zərgərlik istehsalçısı FREYWILLE əl işi kolleksiyalarına yeni bir dizayn əlavə etdi: minimalist və zərif CARRÉ cəvahirat dəsti.
READ MORE
1 oktyabrdan başlayaraq “yeni Bumblee” təhsilə daha çox fokuslanan və yeni dizayn, yeni siniflər, professional şəkildə hazırlanmış yeni “Məktəbəqədər” bölməsi ilə valideynlərə qapılarını açacaq.
READ MORE
Genişlənmiş və yenilənmiş Emporium Cafe artıq sizin xidmətinizdədir! İndi sizi burada geniş çeşiddə çaylar, müxtəlif növ nəfis şirniyyatlar, ləzzətli salatlar və sendviçlər gözləyir.
READ MORE