“Naxış Atelier” Novruz Naxışı dəfiləsi

19 mart tarixində Port Baku Mall-da Novruz bayramına həsr olunmuş yaz festivalı çərçivəsində “Naxış Atelier”nin yazın gəlişini təcəssüm etdirən kolleksiyasının nümayişi baş tutdu. Bu kolleksiyanı dəyərləndirməyə və cazibədar geyimlərdən zövq almağa estrada və televiziyamızın ulduzları, bloqerlər və tanınmış insanlar təşrif buyurmuşdu.

Qonaqları salamlayaraq “Naxış Atelier”nin dizayneri Səmra Axundova atelyenin Mall-un ərazisində keçirilən Novruz festivalına həsr olunmuş regionlarımıza, Azərbaycanın dilbər güşələrinin ənənlərini, ustaların əl işlərini nümayiş etdirən stendlərin yanında duran qızların milli geyimləri üzərində iş barədə danışdı. Səmra xanım regionlarımızın zəngin milli dəyərlərini əks etdirən məhz bu kostyumların üzərində aparılan iş zamanı yeni kolleksiyanın yaradılması qərarına gəldiklərini dedi və həmin gün kolleksiyanın bir hissəsi tamaşaçıların ixtiyarına verildi.Yazda çiçək açan ağacların yarpaqlarını xatırladan gözəl parçalar, hərəsi peşəkar ustaların əl işi olan ecaskar dekorlar Azərbaycanımızın zəngin və çoxşahəli mədəniyyətini əks etdirir. Bu gözəl obrazlara zərif makiyaj və qeyri- adi saç düzümü edən “Chic&Chic” salonu bu təmtəraqlı dəb nümayişinə böyük dəstək göstərdi. “Novruz Naxışı” çərçivəsində qonaqlar rəssam Emil Əzizin “Colorful Life” sərgisində nümayiş olunan əl işləri ilə də tanış ola bildilər.

Latest news

Vyana zərgərlik istehsalçısı FREYWILLE əl işi kolleksiyalarına yeni bir dizayn əlavə etdi: minimalist və zərif CARRÉ cəvahirat dəsti.
READ MORE
1 oktyabrdan başlayaraq “yeni Bumblee” təhsilə daha çox fokuslanan və yeni dizayn, yeni siniflər, professional şəkildə hazırlanmış yeni “Məktəbəqədər” bölməsi ilə valideynlərə qapılarını açacaq.
READ MORE
Genişlənmiş və yenilənmiş Emporium Cafe artıq sizin xidmətinizdədir! İndi sizi burada geniş çeşiddə çaylar, müxtəlif növ nəfis şirniyyatlar, ləzzətli salatlar və sendviçlər gözləyir.
READ MORE