"ART Payız" festivalı Port Baku Mall-da!

Payız incəsənət adamlarının ən çox sevdikləri mövsümdür. İlin bu fəslinə xas olan al-əlvan rənglər Port Baku Mall-u "ART Payız" sərgisinin təşkilinə sövq etdi.
"ART Payız" sizi 5 tam fərqli aləmə qərq olmağa imkan yaradır. Art festival çərçivəsində Port Baku Mall-da aşağıda qeyd olunan sərgilər keçiriləcək:
- 3 - 11 sentyabr rəssam Nazim Məmmədovun xatirəsinə həsr olunmuş sərgi;
- 17 sentyabr - 2 oktyabr Afət Bağırovanın - Retrospektiv sərgisi;
- 8 - 23 oktyabr tanınmış fotoqraf Orxan Aslanovun - "My Azerbaijan" adlı sərgisi;
- 29 oktyabr - 9 noyabr İrina Eldarovanın - "NEFT=HOLLIVUD=GÜC" adlı sərgisi;
- 12 - 27 noyabr Pərviz Hüseynovun və İrina Qundorinanın - "961,8°C" adlı sərgi.
Festivalın iş rejimi: 3 sentyabr - 27 noyabr, saat 10:00-dan 22:00-dək.
Giriş pulsuzdur.

Latest news