«In memory of the Artist»!

3 - 11 sentyabr tarixlərində rəssam Nazim Məmmədovun xatirəsinə həsr olunmuş sərgi Port Baku Mall-u yeni qalereyasında keçiriləcək.
Nazim Məmmədov Azərbaycan animasiyası tarixində misilsiz yer tutur. Onun adı uşaqlığımızın ən sevimli cizgi filmləri ilə bağlıdır. İlk Azərbaycan cizgi filmlərinin müəllifinin ölkəmizin animasiya sənətinə verdiyi töhfələri danılmazdır. O, həmçinin dəsgah rəssamlığın, qrafikanın, uşaq kitabları üçün illüstrasiyaların yaradıcısıdır. Sərgidə rəssamın ən tanınmış əsərləri nümayiş olunacaq.
Festivalın iş rejimi: 3-11 sentyabr, saat 10:00-dan 22:00-dək.
Giriş pulsuzdur.

Latest news