«Art BAHAR» festivalı Port Baku Mall-da

Port Baku Mall qalereyasında uğurla keçirilən «Art PAYIZ» festivalı bu yaz aylarında artıq «Art BAHAR» kimi davam etdiriləcək. Festival «Баку» jurnalı və «Buro 24/7» saytının məlumat dəstəyi ilə keçiriləcək. Festivalın proqramı çox maraqlı və dolğun olacaq:

Fərhad Əli «Yuxu» (4 mart – 15 mart)
Cavan klipmeyker və istedadlı fotoqraf «fashion» janrında çalışır və minimalizm üslubuna üstünlük verir. Xüsusi olaraq sərgi üçün Fərhad Ukraynanın Karpat dağlarında çəkilişlər aparıb. Onun qəhrəmanları sanki yuxu görmüş halda donub qalıblar, hər fotoşəkil soyuq hava və yüngüllük hissi ilə zəngindir. Fərhad Əlinin ekspozisiyası festivalın ilk sərgisidir və bu, heç də təsadüfi deyil: sizi qarlı dağlardan başlayan yazın yuxudan oyanması prosesi gözləyir.
Sərgi və ümumiyyətlə «Art BAHAR» festivalı Azərbaycan respublikasının əməkdar artisti Sevda Ələkbərzadənin yeni ifa etdiyi mahnıya çəkdirdiyi klipdən başlayacaq. Klipi isə Fərhad Əli çəkib.

Casar Məmmədov, «Paradiqm» (18 mart – 29 mart)
UNESCO rəssamlar ittifaqının üzvü Sakit Məmmədovun oğlu Casar dünyanın bir çox art-layihələrinin iştirakçısı olub. Onun budəfəki sərgisi özü qarşısında bir hesabat olacaq; bu, rəssamın dilə gətirmədiyi və təbii ki, heç kim tərəfindən eşidilməyən düşüncələridir. Hər bir rəssam kimi, Casar da öz duyğuları ilə sözlə deyil, daha çox boyalarla ifadə etməyə və bölüşməyə üstünlük verir. Onun «Art BAHAR» festivalında iştirakının əsas səbəbi öz dünyasını daha çox tamaşaçı qarşısında nümayiş etdirmək istəyidir.

Ülviyyə Nəsib, «Sərhədsiz» (2 aprel – 12 aprel)
«Art BAHAR» festivalı çərçivəsində ilk «qadın» sərgisi cavan rəssam Ülviyyə Nəsibin sayəsində baş tutacaq. Rəsm çəkməyi xoşlayan memarın qızı uşaqlıqdan yaradıcı atmosferdə böyüyüb. Müəllif əmindir ki, bu istedad ona məhz atasından keçib və məhz elə atası ona bu işində dəstək olub. Ülviyyənin maraq dairəsi çox genişdir. Musiqi müəllimi kimi çalışan Ülviyyə yenə də üstünlüyü rəssamlığa verib. «İnsan üçün ən əsası daha çox nəyə həvəsli olduğunu, həyatda nə ilə məşğul olmaq istədiyini tapmalıdır» — deyə, Ülviyyə bildirib. Onun işlərində olan müəyyən texniki xüsusiyyətlər rəssamın işlərində istifadə etdiyi üslubu vurğulayır.

Tatyana Ağababayeva və Sevda Ağasıyeva, «Batiki sevirik» (15 aprel – 30 aprel)
Bu, batika olan sevgi hislərinin etiraf etmək qərarına gələn iki rəssamın müştərək sərgisi. Tatyana və Sevda təbii ipəyin alınmasındakı kimi batikin dünyaya gəlməsində də bir möcüzə görürlər. «Biz ipəklə batiki birləşdirdik, yəni isti mumla rəsm çəkməyi və onu təkrarolunmazlığına, əlvanlığına, möhkəmliyinə və yüngül olduğuna görə sevdik». Tatayana Ağababayeva əsərlərini yaratmaqla yanaşı həmçinin batik üzrə sərgilərin kuratorluğu ilə məşğuldur, Sevda Ağasıyeva isə pianoçu olduğundan sevgi etirafına sanki musiqi ritmi əlavə edir.

Ənvər Əsgərov, «Rapsodiya» (2 may – 18 may)
Ənvər Əsgərov (1940 – 2014) — 1970-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü, Sultan Məhəmməd mükafatı laureatı, əməkdar rəssam, Azərbaycanda və xaricdə çoxsaylı sərgi iştirakçısı. Ənvər Əsgərovun əsərləri Azərbaycan və Rusiya muzeylərində, Azərbaycan, Rusiya, Böyük Britaniya, Türkiyə, İsveçrə və ABŞ-da şəxsi kolleksiyalarda saxlanılır. «Rapsodiya» sərgisində rəssamın konseptual incəsənət və modernizm üslubunda yaratdığı kolleksiya təqdim olunur. XX - XXI əsrin kəsişməsində yeni obrazlar və ifadə vasitələrinin axtarışında olan Ənvər Əsgərov özünü bu yeni istiqamətə həsr edib.

Emil Əziz, «Çiçəklənmə» (20 may – 31 may)
Tanınmış Azərbaycan rəssamı Rafiq Əzizin oğlu, YUNESKO-nun Beynəlxalq təsviri sənət Assosiasiyasının üzvü, populyar rəssam Emil Əziz 1995-ci ildən İstanbulda yaşayır və çalışır. Amma başqa ölkədə yaşadığına baxmayaraq, əsərlərində Azərbaycanın unikal və təkrarolunmaz milli koloritini qoruyub saxlamağa bacardı. «Art BAHAR» festivalı üçün Emil yeni kolleksiya yaradıb. Çiçəklənmə, təbiətin oyanması, iri yaxmalarla kətan üzərində maraqlı anların təsviri, - bunların hamısı «Çiçəklənmə» sərgisinin əsas motivləridir.

Sərgilər hər gün saat 10:00-dan 22:00-dək Port Baku Mall-un 1-ci mərtəbəsində tamaşaçıların ixtiyarına verilir.
Əlavə məlumat almaq üçün Port Baku Mall-un administrasiyasına müraciət edə bilərsiniz.

Latest news