Fərhad Əli-nin «Yuxu» sərgisi Port Baku Mall-da!

Port Baku Mall qalereyasında uğurla keçirilən «Art PAYIZ» festivalı bu yaz aylarında artıq «Art BAHAR» kimi davam etdiriləcək. Festival «Баку» jurnalı və «Buro 24/7» saytının məlumat dəstəyi ilə keçiriləcək. Festivalın proqramı çox maraqlı və dolğun olacaq:

Fərhad Əli «Yuxu» (4 mart – 15 mart)
Cavan klipmeyker və istedadlı fotoqraf «fashion» janrında çalışır və minimalizm üslubuna üstünlük verir. Xüsusi olaraq sərgi üçün Fərhad Ukraynanın Karpat dağlarında çəkilişlər aparıb. Onun qəhrəmanları sanki yuxu görmüş halda donub qalıblar, hər fotoşəkil soyuq hava və yüngüllük hissi ilə zəngindir. Fərhad Əlinin ekspozisiyası festivalın ilk sərgisidir və bu, heç də təsadüfi deyil: sizi qarlı dağlardan başlayan yazın yuxudan oyanması prosesi gözləyir.
Sərgi və ümumiyyətlə «Art BAHAR» festivalı Azərbaycan respublikasının əməkdar artisti Sevda Ələkbərzadənin yeni ifa etdiyi mahnıya çəkdirdiyi klipdən başlayacaq. Klipi isə Fərhad Əli çəkib.

Sərgi hər gün saat 10:00-dan 22:00-dək Port Baku Mall-un 1-ci mərtəbəsində tamaşaçıların ixtiyarına verilir.

Latest news