"Qızlar bulaq başında" sərgisi!

Azərbaycanda dulusçuluq ən qədim sənət növüdür və bu gün hətta bəşər mədəniyyəti inciləri sırasına qəbul edilib. Maraqlıdır ki, bu sənətlə əvvəllər qadınlar məşğul olublar. Dulusçuluq sənəti nümunələrinin "xəmiri" torpaqdan yoğrulur. 

Həmin dövrlərdə isə kişilər torpaqdan "xəmir yoğurmaq" kimi əl əməyi ilə məşğul olmurdular. Gildən qab-qacaq düzəltmək kimi ağır işlərin qadınlar tərəfindən görülməsi o dövrlər üçün adi hal sayılırdı. Odur ki, Port Baku Mall-da Novruz bayramına həsr olunmuş tədbirlər çərçivəsində ticarət mərkəzinin bütün mərtəbələri saxsı səhənglərlə bəzədilib. Və bütün bu səhənglər qadın rəssamları tərəfindən boyanıb. Yaz, dəb və ümumiyyətlə gözəllik mövzularında rənglənən bu səhənglər Port Baku Mall-a gələn bütün qonaqların marağına səbəb olacaq.

Sərgi hər gün saat 10:00-dan 22:00-dək Port Baku Mall-da tamaşaçıların ixtiyarına verilir.

Latest news

30-31 Dekabr və 1-2 Yanvar tarixlərində Port Baku Mall-a gələrək əsl xoşbəxt anlar yaşaya bilərsiniz.
READ MORE
Bəs sizin övladlarınız tətil mövsümünü necə keçirəcək?
READ MORE
Azərbaycanda ilk dəfə olaraq Nargis Nəşriyyat Evi Gingerbread City – zəncəfil şirniyyatından hazırlanan şəhərcik təqdim edəcək. Şəhərcikdə Bakının əsas görməli yerlərinin miniatür versiyaları, o cümlədən Heydər Əliyev M
READ MORE
İtalyan zərifliyinə vurğun olan hərkəsin səbrsizliklə gözlədiyi Boggi Milano artıq xidmətinizdə!
READ MORE