Ülviyyə Nəsibin "Sərhədsiz" sərgisi Port Baku Mall-da!

Ülviyyə Nəsib, «Sərhədsiz» (2 aprel – 12 aprel)

«Art BAHAR» festivalı çərçivəsində ilk «qadın» sərgisi cavan rəssam Ülviyyə Nəsibin sayəsində baş tutacaq. Rəsm çəkməyi xoşlayan memarın qızı uşaqlıqdan yaradıcı atmosferdə böyüyüb. Müəllif əmindir ki, bu istedad ona məhz atasından keçib və məhz elə atası ona bu işində dəstək olub. Ülviyyənin maraq dairəsi çox genişdir. Musiqi müəllimi kimi çalışan Ülviyyə yenə də üstünlüyü rəssamlığa verib. «İnsan üçün ən əsası daha çox nəyə həvəsli olduğunu, həyatda nə ilə məşğul olmaq istədiyini tapmalıdır» — deyə, Ülviyyə bildirib. Onun işlərində olan müəyyən texniki xüsusiyyətlər rəssamın işlərində istifadə etdiyi üslubu vurğulayır. 

Sərgi hər gün saat 10:00-dan 22:00-dək Port Baku Mall-un 1-ci mərtəbəsində tamaşaçıların ixtiyarına verilir.

Latest news