Ənvər Əsgərovun «Rapsodiya» sərgisi Port Baku Mall-da!

Ənvər Əsgərov, «Rapsodiya» (2 may – 18 may)

Ənvər Əsgərov (1940 – 2014) — 1970-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü, Sultan Məhəmməd mükafatı laureatı, əməkdar rəssam, Azərbaycanda və xaricdə çoxsaylı sərgi iştirakçısı. Ənvər Əsgərovun əsərləri Azərbaycan və Rusiya muzeylərində, Azərbaycan, Rusiya, Böyük Britaniya, Türkiyə, İsveçrə və ABŞ-da şəxsi kolleksiyalarda saxlanılır. «Rapsodiya» sərgisində rəssamın konseptual incəsənət və modernizm üslubunda yaratdığı kolleksiya təqdim olunur. XX - XXI əsrin kəsişməsində yeni obrazlar və ifadə vasitələrinin axtarışında olan Ənvər Əsgərov özünü bu yeni istiqamətə həsr edib.

Sərgi hər gün saat 10:00-dan 22:00-dək Port Baku Mall-un 1-ci mərtəbəsində tamaşaçıların ixtiyarına verilir.

Latest news

1 oktyabrdan başlayaraq “yeni Bumblee” təhsilə daha çox fokuslanan və yeni dizayn, yeni siniflər, professional şəkildə hazırlanmış yeni “Məktəbəqədər” bölməsi ilə valideynlərə qapılarını açacaq.
READ MORE
Genişlənmiş və yenilənmiş Emporium Cafe artıq sizin xidmətinizdədir! İndi sizi burada geniş çeşiddə çaylar, müxtəlif növ nəfis şirniyyatlar, ləzzətli salatlar və sendviçlər gözləyir.
READ MORE