Emil Əzizin «Çiçəklənmə» sərgisi Port Baku Mall-da!

Emil Əziz, "Çiçəklənmə" (20 may – 31 may)

Tanınmış Azərbaycan rəssamı Rafiq Əzizin oğlu, YUNESKO-nun Beynəlxalq təsviri sənət Assosiasiyasının üzvü, populyar rəssam Emil Əziz 1995-ci ildən İstanbulda yaşayır və çalışır. Amma başqa ölkədə yaşadığına baxmayaraq, əsərlərində Azərbaycanın unikal və təkrarolunmaz milli koloritini qoruyub saxlamağa bacardı. 

"Art BAHAR" festivalı üçün Emil yeni kolleksiya yaradıb. Çiçəklənmə, təbiətin oyanması, iri yaxmalarla kətan üzərində maraqlı anların təsviri, - bunların hamısı "Çiçəklənmə" sərgisinin əsas motivləridir.

Sərgi hər gün saat 10:00-dan 22:00-dək Port Baku Mall-un 1-ci mərtəbəsində tamaşaçıların ixtiyarına verilir.
Əlavə məlumat almaq üçün Port Baku Mall-un administrasiyasına müraciət edə bilərsiniz.

Latest news

1 oktyabrdan başlayaraq “yeni Bumblee” təhsilə daha çox fokuslanan və yeni dizayn, yeni siniflər, professional şəkildə hazırlanmış yeni “Məktəbəqədər” bölməsi ilə valideynlərə qapılarını açacaq.
READ MORE
Genişlənmiş və yenilənmiş Emporium Cafe artıq sizin xidmətinizdədir! İndi sizi burada geniş çeşiddə çaylar, müxtəlif növ nəfis şirniyyatlar, ləzzətli salatlar və sendviçlər gözləyir.
READ MORE