Kamal Bağırlının "Keçmişə pəncərə" adlı ekspozisiyası Port Baku Mall-a!

Port Baku Mall-un birinci mərtəbəsində yerləşən sərgi salonunda «Art PAYIZ» festivalı yenidən öz işinə başlayır. Bu dəfə festivalın ilk sərgisi Kamal Bağırlının "Keçmişə pəncərə" adlı ekspozisiyadır.

«Keçmişə pəncərə» adlı fotoşəkil silsiləsinin ideyası müəllif tərəfindən 2012-ci ildə Bakı şəhərində yaranıb. Hər bir foto köhnə şəklin müasir fonda uyğunlaşdırılmasından ibarətdir. Layihə dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinin böyük marağına səbəb olur. Bu günə qədər «Keçmişə pəncərə» silsiləsinə Bakı, Madrid, Barselona, Salamanka, Paris, Nitsa, Lissabon, Milan, Berqamo, Neapol, Amalfi və Moskvanın fotoşəkilləri daxildir. Ümumilikdə layihədə 50-dən çox fotoşəkil mövcuddur.

Sentyabrın 9-dan 24-dək saat 10:00-dan 22:00-dək sərgiyə gəlib Kamal Bağırlının gözəl işləri ilə tanış ola bilərsiniz.
Giriş sərbəstdir.

İnformasiya dəstəyi «Belə-belə işlər» və «Baku» jurnalıdır.

Latest news