Tamilla Həsənovanın "Ruh" adlı ekspozisiyası Port Baku Mall-a!

Tamilla Azərbaycan və respublikamızdan kənarda keçirilən bir neçə sərgilərin iştirakçısıdır.

İstedadlı gənc rəssam Bakıdakı Muzey Mərkəzində öz fərdi sərgisini keçirib. Tamillanın işləri Azərbaycan, Almaniya, BƏƏ, Rusiya və Belarusda şəxsi kolleksiyalarda yer alıb.

Rəssamın "Ruh" adlı sərgisinə ötən əsrin 50-ci illərindən ilhamlanıb çəkdiyi kolleksiya daxildir. Bu əsərlər realizm, abstraksionizm və abstrakt ekspressionizm kimi müxtəlif üslublarda işlənib.

- Sərgi artıq bu şənbə günü sentyabırın 30-dan oktyabırın 15-dək açıq olacaq
- Giriş sərbəstdir
- Hər gün saat 10:00- dan 22:00-a qədər

Festivalın İnformasiya dəstəyi Bele bele ishler və Baku jurnalıdır.

Latest news