Vugar Muradovun "Xəzan" adlı ekspozisiyası Port Baku Mall-da!

Muradov Ə. Əzim-zadə adına Bakı rəssamlıq məktəbinin məzunudur. O, Rəssamlar İttifaqı, Karikaturaçılar və Azərbaycan Fotoqraflar Birliyinin üzvüdür.

Rəssam öz yaradıcılığında hissiyat işarələrinin incə vizual strategiyasını yaradır və bu, rəssamın bütün əsərlərində dərin bir duyğu əlamətinə çevrilir. Onun əsərləri tək Bakıda deyil, Nyu-Yorkda, Vaşınqtonda - Solomon R. Guggenheim Muzeyində, «MoMa» Müasir İncəsənət Muzeyində, Mərkəzi və Şərqi Avropa İncəsənət Fondunda müasir incəsənət muzeylərini bəzəyir. Rəssam Lüksemburq, Berlin və Parisdə keçirilən beynəlxalq sərgilərdə iştirak edib.

- Ekspozisiya - 18 noyabr - 3 dekabr tarixlərində Port Baku Mall-da tamaşaçıların ixtiyarına veriləcək

- Giriş sərbəstdir

- Hər gün saat 10:00- dan 22:00-a qədər

Festivalın İnformasiya dəstəyi "Bele bele ishler" və Baku jurnalıdır.

Latest news