Məşhur Zərgər Dizaynerin Təqdimatı

21-23 fevral Emporium zərgərlik əşyaları şöbəsində Fernando Jorge brendinin dizayneri tərəfindən fərdi təqdimatları keçiriləcək.

Bu gənc Braziliya dizaynerinin yaradıcılığı bəzən şərq hərəmini, bəzən isə təntənəli Hollivud ziyafətlərini xatırladır. Elə buna görə Opra Uinfri, Adriana Lima, Emma Uotson, Mila Kunis, Elizabet Benks, Bri Larson, Saorsi Ronan kimi ulduzlar məhz bu brendi seçirlər.

Möhtəşəm Braziliya təbiəti və bu ölkənin alovlu temperamentindən ilhamlanan əşyaların bənzərsiz incəliyini siz başqa heç bir brenddə tapa bilməzsiniz. Həmçinin, Fernando öz kolleksiyalarında yalniz Braziliyada rast gəlinən “paraiba” turmalinləri və digər qaşlardan istifadə edir. Fernando Jorge zərgərlik brendi London, Paris, Nyu York, Los Anjeles kimi şəhərlərin nüfuzlu mağazalarında təqdim olunub.

Yalnız 21-23 fevral tarixləri ərzində Port Baku Mall-da yerləşən Emporium-a gələrək, məşhur zərgərlik brendinin gözəlliyinin və eleqantlığının canlı şahidi ola bilərisiniz. 


Latest news