Port Baku Mall-da Novruz Abu-Havası

Novruz Bayramı ərəfəsində Port Baku Mall-da əsl bahar abu-havası yaşanır. 
Yaz çiçəkləri ilə bəzədilən mərtəbələr sizi təravəti ilə ovsunlayacaq, sehirli lampalar isə Sizi nağıllar diyarına götürəcək!
Bu günlərdə Port Baku Mall-a gələn hər bir kəs bayram əhvalını hiss etməklə yanaşı, Novruz yarmarkası ilə tanış ola bilər. Yarmarka hər biri özlüyündə qədim adət-ənənəmizi və zəngin mədəniyyətimizi əks etdirən brendlərin iştirakıyla keçirilir.
Burada təqdim edilən “Mənzər Hacıyeva” brendindən zərif kəlağayılar və şərflərlə bayramı milli ruhda qarşılaya bilərsiniz. “Ballı”dan faydası saymaqla bitməyən dadlı ball almaqla dəyişkən havası ilə seçilən Mart ayında Bayramı sağlam qarşılayacaqsınız. 

Yarmarkada təqdim olunan Xurcun brendindən növbənöv çərəzlər əldə edib, xonçanızı daha da zəngin edə bilərsiniz. 
Bagdan-dan təravətli meyvələrdən hazırlanan kompotlar və mürəbbələrlə isə ağzınız şirin, süfrəniz isə daha rəngarəng olacaq. Novruzda təbiətin yenilənməsiylə evinizi də yeniləmək vaxtıdır. Nok Nok Home-dan ev əşyalarını əldə edərək evinizi gözəl fəslin gəlişi ərəfəsində yeniləyin ki, həm Baharı, həm də Novruzu xoş əhval ruhiyyə ilə qarşılayasınız. Old Baku Milli Suvenirlər stendində təqdim olunan suvenirlər də interyerinizə rəng qata və ya qonaqlarınız üçün əla hədiyyə ola bilər. Yarmarka 31 Marta kimi davam edəcək. Sizə uğurlu bahar alış-verişi arzu edirik!

Latest news