Penny Black Artıq Port Baku Mall-da

PENNYBLACK brendi dəbdəbəli alış verişin üvanı Port Baku Mall-da öz mağazasını açmışdır. 
PENNYBLACK, Max Mara Moda Qrupunun bir hissəsi olan Manifatture del Nord tərəfindən yaradılmış, istehsal edilmiş və paylanmışdır. 
1978-ci ildə yaradılan PENNYBLACK, İtalyanın ən məşhur qadın moda brendlərindən biridir və Avropa, Orta Asiya, Uzaq Şərq və Cənubi Amerikada geniş yayılmışdır. PENNYBLACK-in əsas fərqləndirici xüsusiyyəti gözəllik və eleqantlıq ilə yanaşı asan geyinilən geyim axtarışında olan özünə güvənən xanımların istəyini qarşılamasıdır. Kolleksiyaların dünyanın müxtəlif yerlərindən bir sıra yeni gənc dizaynerlər tərəfindən hazırlanması şirkətin yeni və ən maraqlı moda tendlərinə diqqət yetirməsini təsdiqləyir. Aksesuarlar mövsümün olmazsa olmazlarındandır və həmişə yeni detallar, materiallar və həcmlərlə yenilənir. PENNYBLACK, toxumaların, rənglərin, və nümunələrin tədqiqi və seçilməsi ilə ifadə edilən reallığın və keyfiyyətin mükəmməl kombinasiyasıdır. 
PENNYBLACK-in dəbli kolleksiyaları ilə yaxından tanış olmaq üçün Port Baku Mall-a gəlməyi unutmayın!

Latest news

30-31 Dekabr və 1-2 Yanvar tarixlərində Port Baku Mall-a gələrək əsl xoşbəxt anlar yaşaya bilərsiniz.
READ MORE
Bəs sizin övladlarınız tətil mövsümünü necə keçirəcək?
READ MORE
Azərbaycanda ilk dəfə olaraq Nargis Nəşriyyat Evi Gingerbread City – zəncəfil şirniyyatından hazırlanan şəhərcik təqdim edəcək. Şəhərcikdə Bakının əsas görməli yerlərinin miniatür versiyaları, o cümlədən Heydər Əliyev M
READ MORE
İtalyan zərifliyinə vurğun olan hərkəsin səbrsizliklə gözlədiyi Boggi Milano artıq xidmətinizdə!
READ MORE