Port Baku Mall-da Ramazan Endirimləri

Ramazan Bayramı ərəfəsində Port Baku Mall-da yerləşən məşhur brendlər xüsusi Ramazan endirimləri ilə bayram abu havasına əlavə sevinc qatır.

Məşhur ingilis brendi Ted Baker 14-19 iyun tarixlərində dəbli geyimlərinə 20% endirim elan edir! Ted Baker-in kolleksiyası Sizi son kişi və qadın dəbləri ilə cəzb edəcək. 

Pinko son trendlər və zərif rəng çalarlarından ilhamlanan YAZ-YAY kolleksiyasına 30% ENDİRİM elan edir!

Daima yenilikləri və xüsusi təklifləri ilə müştərilərini sevindirən NEXT bu dəfə bayram münasibətiylə 30%-dək endirim təklif edir. Özünüzə və övladlarınıza dəbli seçim etməyə tələsin.

15-20 İyun tarixlərində MAC məhsulları sevənləri seçilmiş məhsullara 30% endirim gözləyir.  

Texnologiya həvəskarları üçün də xüsusi endirimlər nəzərdə tututlub. AlmaStore-dan sevdiyiniz Air Pods, Beats by dr.Dre qulaqcığı, İpad və MacBook Air 13 xüsusi endirimli qiymətlə əldə edə bilərsiniz.

 Balacalarımızı da Unutmadıq!

 Keyfiyyətin, azadlığın, güvənin və əyləncənin rəmzi olan Brums brendi məhsullarına 30% endirim elan edir. Brums ilə yanaşı, daima material seçimində uşaqların sağlamlığını nəzərə alan Ciao Bimbi Ramazan Bayrami munasibetile 30% endirim elan edir.

Port Baku Mall Sizi Bayram günlərini yaxınlarınız və doğmalarınızla birgə əylənərək və uğurlu alış-veriş etməklə keçirməyə dəvət edir. 

Latest news