Övladınızın İnkişafı və Əyləncəsi Üçün Hər Şey

Oyunlar uşaqların psixoloji, ictimai və zehni inkişafını təmin edən ən mühüm vasitə hesab olunur. Oyunacaqlar övladınızın fərd kimi yetişməsində önəmli rol oynaya bilər.
 Port Baku Mall-da yerləşən mağazalar övladınızın inkişafı və əyləncəsi üçün bir sıra maraqlı oyuncaqlar təklif edir.
İmaginarium-da bütün ailənin maraqla istifadə edəcəyi 3D Globus. Dünyanı belə maraqlı hələ görməmisiniz! 3D Globus uşaqlarınız üçün bir çox ensiklopediyalardan daha əyləncəli və interaktiv olacaq.
3 ölçülü qlobus və smartfonlar üçün nəzərdə tutulmuş xüsusi əlavə ilə uşaqlar qədim dünya, coğrafiya, mistik aləm, insan sivilizasiyası, ətraf mühitin qorunması və başqa mövzularda canlanan aləm barəsində məlumat əldə edəcəklər. 

Maraqlı oyuncaqlarıyla balacalarla yanaşı böyüklərin də daima diqqətini cəlb etməyi bacaran Entertainer mağazasında 500-dən çox yeni oyuncaq artıq satışda!  Videodaki model - Hot Wheels Ultimate Garage - Hot Wheels-dən ən boyuk qaraj! 

Smart-Trike ™ - üç təkərli velosiped sahəsində dünya lideridir və velosportun bütün mərhələləri üçün ağıllı yeni həllər təklif edir: körpələr, uşaqlar və məktəbəqədər uşaqlar üçün.
 
Port Baku Mall-a gələrək övladınızın sağlam fiziki və əqli inkişafını təmin etmək üçün valideynlərin güvənini qazanmış brendlərin xüsusi təklifləri qaçırmayın.

Latest news

1 oktyabrdan başlayaraq “yeni Bumblee” təhsilə daha çox fokuslanan və yeni dizayn, yeni siniflər, professional şəkildə hazırlanmış yeni “Məktəbəqədər” bölməsi ilə valideynlərə qapılarını açacaq.
READ MORE
Genişlənmiş və yenilənmiş Emporium Cafe artıq sizin xidmətinizdədir! İndi sizi burada geniş çeşiddə çaylar, müxtəlif növ nəfis şirniyyatlar, ləzzətli salatlar və sendviçlər gözləyir.
READ MORE