Michael Kors Artıq Xidmətinizdə!

Michael Kors – çoxdan gözlənilən mağaza artıq Port Baku Mall-da!

Bütün dünyada ən sevilən brendlərdən biri olan Michael Kors indi Bakıda da ayrıca butiklə təqdim olunur.

Hər kəsin uzun müddətdir ki, gözlədiyi mağaza Port Baku Mall-da açıldı. İlk 100  alıcı brendin satışda olmayan eksklüziv hədiyyələrini əldə edəcək, odur ki, tələsin!

Brendin adı artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib, bu gün Michael Kors-un ilk kolleksiyasını 1981-ci ildə buraxdığı, ilk mağazasını isə Nyu-Yorkda 2000-ci ildə açdığını təsəvvür etmək çətindir. Lakin dizaynerin güclü istedadı sayəsində brend dərhal tanınmağa başladı. Bu gün Korsun daimi müştəriləri Cennifer Lopes, Ledi Qaqa, Ketrin Zeta-Cons, Şeron Stoun, Mişel Obama və digər dünya şöhrətli simalardır. Bir çox ulduz film çəkilişləri zamanı brendin geyimlərini seçir. Artıq uzun illərdir ki, heç bir “Oskar” mükafatının təltifetmə mərasimi Michael Kors geyimləri olmadan keçmir.

Brendin məşhur olmasının sirri onun dəb, zaman, yaş sərhədlərini aşmasıdır. Bu brendin geyimləri sadə, lakin eyni zamanda dəbdəbəlidir və ən müxtəlif tərcihləri olan qadınların xoşuna gələ bilər. Kors Avropa şarmını və amerikan şəhər üslubunu birləşdirməklə hər iki kontinenti fəth etməyə nail oldu.

“Hər bir insan ruhunun tələb etdiyi ilə məşğul olmalı və eyni zamanda müştərilərin razı qalacağından əmin olmalıdır. Heç bir halda dəb çərçivələri ilə məhdudlaşmaq lazım deyil, axı insanların nəzərə alınmalı olan şəxsi tərcih və zövqləri var”, - Kors deyir. Və hər bir qadın öz qarderobuna məhz bu brendin geyimlərini əlavə etməlidir.


Brend müxtəlif seçimləriylə Port Baku Mall-da sizi gözləyir! 

 

Latest news