Yeni Fəsildə Yeni Kolleksiyalar!

Özünəməxsusluğu ilə digər fəsillərdən seçilən payız artıq yağışı ilə gəlişindən xəbər verir. Port Baku Mall-da yerləşən dəbdəbəli brendlərin ilin son trend və elementlərinin yer aldığı yeni kolleksiyaları ilə zövqünüzə uyğun seçim etmək heç də çətin olmayacaq.
Rahat, romantik və xanımlığınızı vurğulayacaq geyimləriylə Red Valentino, yeni mövsümdə də xanımları özünə cəlb edir. RED Valentino təravət və klassik tərzi özündə birləşdirir, dəbdəbə, ekssentrik, hər şeyin mümkün olduğu bir dünyanı simvolizə edərək müasir, kosmopolit xanımlar üçün dəbli geyimlər təqdim edir. 
Məşhur İtalyan brendi Massimo Dutti də pərəstişkarlarının səbirsizliklə gözlədiyi yeni kolleksiyasını təqdim edir. Payız abu havasını rəngləriylə canlandıran brendin yeni kolleksiyasını kəşf etməyə tələsin. 
Misyası hər bir xanımın qəlbini fəth etmək olan Yamamay-ın payız rənglərində Primula Color kolleksiyası artıq hər zaman sizin incəliyinizi əks etdirəcək.
Həmçinin Emporio Armani bredinin yeni kolleksiyasından olan palto və çanta payız mövsümü üçün mükəmməl seçim ola bilər!
Bunlara əlavə olaraq Port Baku Mall-da müxtəlif seçimlərlə  payız/qış və payız öncəsi kolleksiyalarını təqdim brendlərin tam siyahısıyla aşağıdakı listdən tanış ola bilərsiniz: 
Ralph Lauren
Valentino
MaxMara
Diesel
Hugo Boss
Weekend MaxMara 
L.K.Bennett
Dsquared2
Etro 
Paul Shark
Jimmy Choo
DVF
Giorgi ARMANI 
Tory Burch 
Emporio Armani
Chloe 
Alexander McQueen
Port Baku Mall-a gələrək yeni kolleksiyalarla payızı daha dəbli keçirin.

Latest news