Balacalar üçün Yeni İl Təklifləri

Balacalar yeni ilin gəlişinə ən çox sevinənlərdəndir. Bu bayram ərəfəsində sevimli balacaları daha da sevindirmək üçün Port Baku Mall-da yerləşən brendlərin xüsusi təkliflərindən və əyləncəli proqramlarından yararlana bilərsiniz.

Körpəniz üçün yeni ilə geyim axtarırsınızsa, hər il olduğu kimi bu ildə yeni il kolleksiyasını təqdim edən Chicco mağazasına buyura bilərsiniz. Həm gözəl, həm də keyfiyyətli geyimlər təqdim edən Chicco-da geyim və ayaqqabılara 30% -ə qədər Endirim aksiyasına start verildi.

Məktəbdə keçirilən Yeni İl şənlikləri üçün uyğun geyimin tapılması bəzən böyük bir problemə çevrilir. Jacadi-yə gəlin vaxtınıza qənayət edin. Jacadi-dən istədiyinizi tapmadan qayıtmaq qeyri-mümkündür.

Ev geyimi rahat, isti, hərəkətləri məhdudlaşdırmayan və təbii ki körpələrin ürəyicə olmalıdır. Petit Bateau geyimləri bütün bu kriteriyalar üzrə uyğun gəlir 


Amanda və onun böyük evini hamı sevir! Bu taxtadan hazırlanmış ev səsli, işıqlı ve rəngarəng əşyaları ilə hamını heyran edəcək! Amandanın ailəsi bu evdə xoşbəxtdir. Imaginarium-a gələrək ailənin xoşbəxtliyini övladınızla bölüşün. Həmçinin, Imaginarium-un təqdim etdiyi geyim Yeni il mövzusunda olan naxışlar və bəyaz rəng ilə bayram abu havasını bəxş edəcək, isti və rahat parça isə qışın sərt günlərində övladınızı soyuqdan qoruyacaq.

2019-cu "Yeni il" bayramını Santa Klaus və Elflər "Alice's cafe"də qeyd etmək qərarına gəldi! Odur ki, möhtəşəm şənliyə siz də qonaq olun və unudulmaz proqramın canlı şahidi olun!

Konkurslar və viktorinalar
Qar Kraliçasından əyləncəli oyunlar və tükənməz rəqslər
Alisa nağıllar aləmində" nağılının qəhramanları
Transformer şou 

Mistik face-art
Santa və Elflərlə fotosessiya
Ustad aşbazlar tərəfindən hazırlanan unudulmaz furşet
DJ-dən super hitlər
Hər iştirakçı bayram hədiyyəsi
Bayram şousu 27 dekabır 12:00-dən 19:00-a kimi davam edəcək
Qiymət: 55₼ - 1 uşaq
35₼- 1 valideyn 
Rezerv üçün:(012/055) 4640826
"Alice's cafe" ilə hər kəs sehrin mövcudluğuna inanacaq!

Port Baku Mall-a gəlin,  xüsusi təkliflərdən yararlanaraq yeni ili uşaqlar üçün ikiqat bayrama çevirin! 

Latest news