Yeni İli Port Baku Mall-da Qeyd Edin!

2018-ci ili xoş əhvalda bitirmək, növbəti ilin gəlişini unudulmaz xatirəyə çevirmək istəyirsinizsə, yolunuzu Port Baku Mall-dan salın. 
30, 31, 1 və 2 yanvar tarixlərində sizi bir-birindən maraqlı həm böyüklər, həm də balacalar üçün əyləncələr gözləyir. Odur ki, indidən  yaxınlarınızla Port Baku Mall-a gəlməyi planlayın ki, Yeni İl-i harada xüsusi qarşılayaq, sualını verməyəsiniz.
Tədbirin proqramı ilə daha ətraflı aşağıda tanış ola bilərsiniz:

30 Dekabr, 15:00 - Uşaqlar üçün master class və Face Art. 17:00 – Elnur Nəzərovla uşaq xoru. 18:00 – Sona Ələsgərovanın musiqili performansı

31 Dekabr, 13:00 - Uşaqlar üçün master class və Face Art. 15:00 – Pianoçu Elnur Nəzərov və saksafonçu Samir Əliyevin Yeni İl performansı, 16:00 – “Twenty five” caz qrupunun çıxışı

1 Yanvar, 17:00 – Uşaqlar üçün master class və Face Art. 18:00 – Opera performansı. 19:00 - “Twenty five” caz qrupunun çıxışı.

2 Yanvar, 14:00 – Uşaqlar üçün master class. 15:00 – Piano ilə uşaq xoru. 16:00 - Sona Ələsgərovanın musiqili performansı 

Port Baku Mall-a gəlin, 2019-a unudulmaz başlayın!

Latest news

Vyana zərgərlik istehsalçısı FREYWILLE əl işi kolleksiyalarına yeni bir dizayn əlavə etdi: minimalist və zərif CARRÉ cəvahirat dəsti.
READ MORE
1 oktyabrdan başlayaraq “yeni Bumblee” təhsilə daha çox fokuslanan və yeni dizayn, yeni siniflər, professional şəkildə hazırlanmış yeni “Məktəbəqədər” bölməsi ilə valideynlərə qapılarını açacaq.
READ MORE
Genişlənmiş və yenilənmiş Emporium Cafe artıq sizin xidmətinizdədir! İndi sizi burada geniş çeşiddə çaylar, müxtəlif növ nəfis şirniyyatlar, ləzzətli salatlar və sendviçlər gözləyir.
READ MORE