Port Baku Mall-da Novruz Abu-Havası

   

Novruz Bayramı ərəfəsində Port Baku Mall-da əsl bahar abu-havası yaşanır. 

Bu günlərdə Port Baku Mall-a gələn hər bir kəs bayram əhvalını hiss etməklə yanaşı, Novruz yarmarkası ilə tanış ola bilər. Yarmarka hər biri özlüyündə qədim adət-ənənəmizi və zəngin mədəniyyətimizi əks etdirən brendlərin iştirakıyla keçirilir.

Yaz çiçəkləri ilə bəzədilən mərtəbələr sizi təravəti ilə ovsunlayacaq, sehirli lampalar isə Sizi nağıllar diyarına götürəcək!

 “Ballı”dan faydası saymaqla bitməyən dadlı bal almaqla isə dəyişkən havası ilə seçilən Mart ayında Bayramı sağlam qarşılayacaqsınız. 

 Yarmarkada təqdim olunan LabLabi brendindən növbənöv çərəzlər əldə edib, xonçanızı daha da zəngin edə bilərsiniz. 

Eləcə də, AzGranata-dan təravətli meyvələrdən hazırlanan kompotlar Bağdan-dan isə mürəbbələr əldə edərək ağzınız şirin, süfrəniz isə daha rəngarəng olacaq.

Novruzda təbiətin yenilənməsiylə evinizi də yeniləmək vaxtıdır. Zadəgan stendində təklif olunan ev əşyalarını əldə edərək evinizi gözəl fəslin gəlişi ərəfəsində yeniləyin ki, həm Baharı, həm də Novruzu xoş əhval ruhiyyə ilə qarşılayasınız.

Azerbaijan Gallery Souvenirsstendində təqdim olunan suvenirlər də interyerinizə rəng qata və ya qonaqlarınız üçün əla hədiyyə ola bilər.

Yarmarka 30 Marta kimi davam edəcək. Sizə uğurlu bahar alış-verişi arzu edirik!

Latest news