Port Baku Mall-da "Gingerbread City" sərgisi!

Azərbaycanda ilk dəfə olaraq Nargis Nəşriyyat Evi Gingerbread City – zəncəfil şirniyyatından hazırlanan şəhərcik təqdim edəcək. Şəhərcikdə Bakının əsas görməli yerlərinin miniatür versiyaları, o cümlədən Heydər Əliyev Mərkəzi, Qoşa Qala qapısı, Flame Towers, Qız qalası, Şeytan çarxı, Teleqüllə, Xalça Muzeyi, həmçinin kiçik evlər, karusel və hətta ədvalı xəmirdən hazırlanmış təyyarə və gəmi də yer alacaq.

Port Baku Mall-un dəstəyi ilə şəhərin ən yaxşı şirniyyatçılarını və dizaynerlərini pryanik xəmirindən, biyan kökündən, karameldən, zefirdən şirin meqapolis yaratmağa dəvət edib.

Şirniyyat inşaat sənayesi miniatür Bakıda qənnadı məmulatlarından hazırlanmış "Gingerbread insanlar"ın Yeni il alış-verişi etmələri üçün işıqlı oyuncaq mağazaları və kiçik şirniyyat dükanlarına qədər real sosial infrastrukturu yaradıb. Şəkərli küçələrin fotosunu sərbəst olaraq çəkmək olar, amma dişləməmək üçün yaxınlaşmaq tövsiyə edilmir.

Dekabrın 6-da Gingerbread City sərgisinin təntənəli rəsmi açılışında “timelapse” formatında ləziz miniatürlərin bütün yaradılma prosesi nümayiş etdiriləcəkdir.

Sərgi dekabrın 5-dən yanvarın 13-dək Port Baku Mall-ın birinci mərtəbəsində açıq olacaq, iş saatı səhər 10:00-dan axşam 22:00 qədərdir. 

Latest news

30-31 Dekabr və 1-2 Yanvar tarixlərində Port Baku Mall-a gələrək əsl xoşbəxt anlar yaşaya bilərsiniz.
READ MORE
Bəs sizin övladlarınız tətil mövsümünü necə keçirəcək?
READ MORE
İtalyan zərifliyinə vurğun olan hərkəsin səbrsizliklə gözlədiyi Boggi Milano artıq xidmətinizdə!
READ MORE
Vyana zərgərlik istehsalçısı FREYWILLE əl işi kolleksiyalarına yeni bir dizayn əlavə etdi: minimalist və zərif CARRÉ cəvahirat dəsti.
READ MORE