Lloyd

Lloyd
LLOYD- 1888-ci ildən bəri mövcud olan və 2018-ci ildə 130 illiyini qeyd edən Almaniyanın ayaqqabı brendidir. LLOYD mağazası yüksək keyfiyyətli eleqant kişi ayaqqabıları və aksesuarlarından ibarət ən son kolleksiyalarını təqdim edir. LLOYD-da ən yaxşı sənətkarlıq işi, seçilmiş materialları, mükəmməl uyğunluq və dizaynın ən yüksək prioriteti var. Buna görə də LLOYD lap əvvəldən yüksək səviyyədə olmağı qarşısına məqsəd qoyub. “Dəbdən danışdıqda heç bir güzəşt olmur”. Bu gün də bu həqiqəti olduğu kimi qoruyub saxlamağa davam edir. 

Şirkətin yüksək keyfiyyətli ayaqqabıları dünya üzrə təxminən 4,000 mağazada (2,400-ü Almaniyada, 1,600-i isə dünya üzrə), 29 konseptual və 12 fabrik mağazasında satılır. LLOYD-un 13 filialı, orta hesabla dünyada 1,595 (661-i Almaniyadadır) nəfərlik işçi heyəti var və 42 gənc təcrübəçiyə təlim keçir. Şirkət TopJob 2015 və Top Marke 2014 mükafatlarına layiq görülüb.