LILAC

LILAC
“Lilac Flower Boutique” 2012-ci ilin əvvələrində Bakının flora bazarına çıxdı və bütün bakılıların qəlblərini fəth edə bildi. Floristlərın kreativliyi, rənglərin geniş çeşidləri və təkrarolunmaz stil ilə heç bir müştərimiz bizdən narazı qalmadı. Çiçək butiki “Lilac”-a gələn bir daha da gəlmək istəyir, çünki biz hər bir müştəriyə fərdi yanaşırıq. Biz çiçək buketinin yığılmasına başlamamışdan öncə, çiçək buketinın sahibi haqqında, onun zövgü və xüsusiyyətləri haqqında ətraflı maraqlanırıq.

“Lilac”-ın daha bir üstün xüsusiyyəti ondan ibarətdir ki, burda əl ilə karkaslı buketlər yığılır. Buketlər, gül kompozisiyaları və interyer tərtibatı üçün bütün güllər, Hollandiya mütəxəssisləri tərəfindən xüsusi diqqətlə seçilir, yığılır və Azərbaycana göndərilir. Bunun sayəsində “Lilac” təkrarolunmaz zövqü ilə Bakıda tanınır və sevilir. Axı hər buket kiçik incəsənət əsəridir.