L'Occİtane

L'Occitane
İlk dəfədir ki, L’Occitane-dasınız? Xoş gəlmisiniz!
L'OCCITANE sizlərə özünüzü yaxşı hiss etdirəcək, estetik və hissiyatlı, yüksək keyfiyyətli kosmetik və parfümeriya məhsullarını təklif edir.
Aralıq dənizi sahillərində keçən həyatdan ilhamlanmış L’Occitane-nın ətirləri və tərkibləri fitoterapiya və aromaterapiya qaydalarına əsasən hazırlanır. Bu, onlardan istifadə zamanı optimal keyfiyyəti, yüksək effektivliyi və sərhədsiz ləzzəti təmin edir. L’Occitane təbii inqrediyentlərə üstünlük verir və mümkün olduqca onlardan istifadə edir. Bununla birlikdə biz ətraf mühitə hörmət və qayğı ilə yanaşırıq. L’Occitane eko dizayn strategiyasını dəstəkləyir. Məhsulların qablaşdırılması üçün biz ətraf mühiti ən az dərəcədə çirkəndirən, yenidən istifadə edilə bilən və davamlı, səmərəli idarə olunan meşə resurslarından və daha sonra asanlıqla yenidən istifadəyə yararlı vəziyyətə gətirilə bilən materiallardan istifadə edirik.
L'OCCITANE elmi araşdırmalar üçün aktiv şəkildə investisiyalar xərcləyir və Yuxarı Provansın qəlbində, Manoskda təbii kosmetika elmi-tədqiqat laboratoriyasına sahibdir.
L'OCCITANE komandası bizim məhsulların istifadəsindən həzz almanız və möhtəşəm nəticə əldə etməniz üçün əlindən gələni edir. Bizim üçün alıcılarımızdan pozitiv fikirlər almaq hər zaman xoşdur, peşəkar mühitdə məhsullarımızın üstünlüklərinin tanınması isə bizim üçün şərəfdir. L'OCCITANE öz mövcudluğu dövründə müxtəlif fərqlənmələr almışdır – ikonik Şi Yağı tərkibli əl kremindən Solmaz Çiçəyi tərkibli yetkin dəri üçün qulluq məhsullarına kimi.