About

25 Sentyabr 2014-cü il tarixində Bakıda yeni ticarət mərkəzi olan Port Baku Mall müştərilərinə öz qapılarını açmışdır. Ümumi sahəsi 32.000 kv.m təşkil edən bu 3 mərtəbəli ticarət mərkəzində ilk dəfə təqdim ediləcək bir çox yeni brendlər yerləşir. Ən populyar və arzuolunan bir çox brendləri burada tapmaq olar, habelə asudə vaxtı keçirmək, qastronomik evlərin, kafe və restoranların ləziz nemətlərindən ləzzət almaq mümkündür. Bu, təkcə Bakı deyil, bütün region üçün yeni bir servis və xidmət səviyyəsidir.



Ticarət mərkəzinin birinci mərtəbəsində məşhur dizayner brendləri: Ralph Lauren, Giorgio Armani, Valentino, Alexander McQueen, Burberry, Givenchy, Dsquared2, Chloe, Stella McCartney, Balenciaga, Marni, Emilio Pucci, Bally, Jimmy Choo, Tory Burch, Hugo Boss o cümlədən zərgərlik əşyaları Tiffany&Co, IWC, Louvre, Frey Wille və Scavia məşhur brendlər tərəfindən təqdim olunub.



Ticarət mərkəzinin ikinci mərtəbəsində RED Valentino, Weekend MaxMara, Marc by Marc Jacobs, Marciano Guess,MAX&Co, Diesel, habelə Massimo Dutti, Ted Baker, Banana Republic və digər mağazalar yerləşir. Nəhayət, üçüncü mərtəbədə bir neçə çox sevilən uşaq geyimi brendləri Mothercare, Chicco, Okaidi, Next, Jacadi, Brums və Petit Bateau yer alıb. Zərif və ləzzətli yemək həvəskarları üçün Dalloyau, Laduree kimi məşhur Paris qastronomiya evlərində xüsusi xidmət, Port Baku Bazar mağazasında alış-veriş, Baccanale və The House Cafe restoranlarında vaxt keçirmək imkanı nəzərdə tutulub. 

Ticarət mərkəzində mərkəzi yeri ümumi sahəsi 10.000 kv.m. təşkil edən multi-brend Emporium mağazası tutur. 3 mərtəbəni əhatə edən bu mağazada 300-dən artıq ən aktual və dəbdəbəli geyim, aksesuar, alt paltarı, ətriyyat, kosmetika brendləri təqdim olunub. Yarandığı gündən Emporium durmadan inkişaf etməkdədir və hər bir növbəti mərhələ bütün sahə üçün yeni yüksək hədəf müəyyən edir. Yeni mağaza trendlərlə, dəblə, gözəlliklə, üslubla maraqlananlar və tərəqqinin zirvəsində olmaq istəyənlər üçün mütləq cazibə mərkəzinə çevirilib.

Port Baku Mall ticarət mərkəzi tərkibinə, həmçinin, Port Baku Residence yaşayış komplekslərini və Port Baku Towers biznes mərkəzini daxil edən irimiqyaslı Port Baku kompleksinin bir hissəsidir