Kids Top Model

Aprelin 25-i Emporium-da uğurla Kids Top Model müsabiqəsi keçirildi. Stilistlər, fotoqraflar və jurnalistlər – hər şey lap böyüklərdəki kimi idi. Emporium Kids Top Model titulu uğrunda 26 oğlan və qız mübarizə apardı. Uşaqlar o qədər şirin və cazibəli idi ki, münsiflər heyyəti, çətin bir seçim qarşısında qalıb, iki qız və bir oğlan qalib müəyyən etdi: Qayınbəy Kərimov, Cahan Dadaşova, və Banu Hüseynli indi Emporium-un reklam çəkilişlərinin qəhrəmanları olacaq. Lakin, əsas qələbə yox,  iştirakdır - bayram ab-havası, bütün balacalara Emporium-dan hədiyyələr, uşaqlar və valideynlərin xoşbəxt gülüşləri. Bu, uşaqlarda yaradıcılıq potensialının açılması və bədii zövqün inkişafına yönəldilmiş tədbirlər silsiləsindən birinci tədbir idi.

Latest news

10 iyun 2021-ci il tarixindən etibarən Port Baku Mall ticarət mərkəzinin öz fəaliyyətini əvvəlki iş saatlarına uyğun şəkildə bərpa edəcəyini böyük məmnuniyyətlə elan etmək istəyirik!
READ MORE
İşgüzar və əyləncəli görüşlərin ən sevilən məkanlarından biri olan Starbucks yeni və sərin yay içkilərini təqdim edir!
READ MORE
Dünyanın ən qabaqcıl idman geyim markalarından biri olan Adidas ikonik tərzini ən həyəcan verici moda dizaynerlərindən biri olan Stella McCartney fərqi ilə birləşdirir.
READ MORE
30-31 Dekabr və 1-2 Yanvar tarixlərində Port Baku Mall-a gələrək əsl xoşbəxt anlar yaşaya bilərsiniz.
READ MORE