Dəbdəbə əsarətində: Hollivud ulduzlarının zərgəri Emporium-da.

Niyə ulduzlar Sutra Jewelry seçirlər? Bu sualın cavabını 20 noyabr tarixində tapa bilərsiniz.

Həmin gün Emporium mağazasında məşhur brendin dizayneri və sahibi Arpita Navlakhanın gəlişinə həsr olunmuş tədbir keçiriləcək.

Sutra Jewelry zinət əşyaları yarandığı gündən Cenifer Lopes, Rianna, Adriana Lima, Xolli Berri, Keti Perri, Keyt Bekinseyl kimi ulduzların ürəyini fəth etdi. Bundan da əlavə, seçim müxtəlifliyinə baxmayaraq Mişel Obama həyat yoldaşı ABŞ prezidentinin inauqurasiya mərasiminə məhz Sutra bəzək əşyalarına üstünlük verdi.
Görəsən niyə bu brend bu qədər cəlbedicidir? Qırmızı xalça və ya rəsmi tədbir, klassika və ya modern – bu bəzək əşyaları hər yerdə aktualdır. Sutra əsərlərinin hər birinin özəlliyi var.

Sutra Jewelry dizaynerinin gəlişi elə bir hadisədir ki, onu qaçırmaq mümkün deyil. Həmin axşam qonaqlar bu gözəl sənət əsərlərinə tamaşa edə, onları ala və üstəlik dünyanın tanınmış insanlarını bəzəyən zinət əşyalarının yaradıcısı ilə tanış ola bilərlər.

Emporium mağazası Port Baku Mall-da Neftçilər prospekti, 151 ünvanında yerləşir.

Yeniliklərlə Emporium-un Facebook https://www.facebook.com/EmporiumBaku?fref=ts və Instagram https://instagram.com/emporiumbaku/ səhifələrində tanış ola bilərsiniz.

Latest news

10 iyun 2021-ci il tarixindən etibarən Port Baku Mall ticarət mərkəzinin öz fəaliyyətini əvvəlki iş saatlarına uyğun şəkildə bərpa edəcəyini böyük məmnuniyyətlə elan etmək istəyirik!
READ MORE
İşgüzar və əyləncəli görüşlərin ən sevilən məkanlarından biri olan Starbucks yeni və sərin yay içkilərini təqdim edir!
READ MORE
Dünyanın ən qabaqcıl idman geyim markalarından biri olan Adidas ikonik tərzini ən həyəcan verici moda dizaynerlərindən biri olan Stella McCartney fərqi ilə birləşdirir.
READ MORE
30-31 Dekabr və 1-2 Yanvar tarixlərində Port Baku Mall-a gələrək əsl xoşbəxt anlar yaşaya bilərsiniz.
READ MORE