Bakıda GoSport mağazası açıldı!

Port Baku Mall ticarət mərkəzində Azərbaycanda ən iri idman mallarını təqdim edən multibrend GoSport mağazası açıldı.
Mağazanı açan Blue Planet şirkəti idmana aludə olan müştərilərə unikal tam yeni fərdi yanaşma konsepsiyasını işləyib.
Bütün yaş qruplarının maraqlarını nəzərə alaraq, GoSport kişi, qadın və uşaqların aktiv həyat tərzi üçün olan məhsullarını yerli bazarda ən sərfəli qiymətlərlə təklif edir.

Blue Planet Distribution-un Baş direktoru Maks Fraydeneq deyir:

«GoSport mağazasının Bakıda açılması ölkədə idmanın sürətlə inkişaf etməsi səbəbindən yerli əhalinin ona olan böyük marağından irəli gəlir. Çox tanınmış Nike, Adidas, Reebok və Puma brendlərindən başqa biz ekstremal idman dünyasında populyar olan ekşn-brendlərinin son məhsullarını da təqdim edirik: Sector9, Globe, The Northaface, Columbia Sportswear, Converse, Asics, Le Coq Sportif, Athletics, Venum, Quiksilver və ya Flow. Həmin brendlərin məhsulları yalnız Blue Planet mağazalarında satılacaq.
Yaxın zamanlarda Bakıda daha bir GoSport mağazası açılacaq. Burada məhsullar daha geniş çeşiddə təqdim olunacaq».

GoSport hamını Port Baku Mall-un 3-cü mərtəbəsində yerləşən möhtəşəm mağazasına dəvət edir. Burada siz bütün ailə üzvləri üçün münasib qiymətə idman malları və aksessuarlarını əldə edə bilərsiniz.

Latest news

10 iyun 2021-ci il tarixindən etibarən Port Baku Mall ticarət mərkəzinin öz fəaliyyətini əvvəlki iş saatlarına uyğun şəkildə bərpa edəcəyini böyük məmnuniyyətlə elan etmək istəyirik!
READ MORE
İşgüzar və əyləncəli görüşlərin ən sevilən məkanlarından biri olan Starbucks yeni və sərin yay içkilərini təqdim edir!
READ MORE
Dünyanın ən qabaqcıl idman geyim markalarından biri olan Adidas ikonik tərzini ən həyəcan verici moda dizaynerlərindən biri olan Stella McCartney fərqi ilə birləşdirir.
READ MORE
30-31 Dekabr və 1-2 Yanvar tarixlərində Port Baku Mall-a gələrək əsl xoşbəxt anlar yaşaya bilərsiniz.
READ MORE