AZ
Jurnala Qayıdın
Valentino Garavani #Rockstud23 kolleksiyası

Valentino Garavani #Rockstud23 kolleksiyası

Valentino Garavani #Rockstud23 kolleksiyası brendin siması Florence Pugh ilə yeni kampaniyada təqdim olunur. Roma saraylarını xatırladan ikonik #Rockstud motivi müxtəlif klassik modelləri bəzəyir. On ildən artıqdır ki, #rockstud simvolu brendin əsas motivlərindən birinə çevrilib və bütün dünyadakı dəb həvəskarlarını ovsunlayır. Bu cəsarətli simvolun mahiyyətini çatdırmaq üçün kampaniya yeni bir şüar təqdim edir: “I mean... It’s Rockstud!”. Qeyd etmək lazımdır ki, #Rockstud23 kolleksiyasının fotoları minimalist və zərifdir. Hər birinin sadə, bej rəngli fonu var və Florence Pugh fotolarda monoxrom paltarda çıxış edir. Kolleksiyaya daxil olan çəhrayı rəngli dəri Valentino Garavani #Rockstud23 çantası dəbsevər xanımların obrazlarını mükəmməl formada tamamlayacaq. Valentino Garavani #Rockstud atlas ballerina ayaqqabısı da mövsümün seçilən modellərindən birinə çevriləcək. Ayaqqabının qayışı dəridən hazırlanmışdır və bilək ölçüsünə uyğun tənzimlənə bilir..

RELATED TAGS

TARİX

30 Aprel 2023

ƏN SON JURNALLAR

Diesel and Guess Marciano

Diesel and Guess Marciano

Diesel və Guess Marciano Yeni Kolleksiyasını təqdim edir!

ARDI
Tiffany & Co.

Tiffany & Co.

1837-ci ildən bəri dünyanın ən böyük sevgi hekayələri üçün zərgərlik sənəti

ARDI