AZ
Brendlerə Qayıdın
Jacadi
XƏRİTƏ
Jacadi

Jacadi Paris 1976-cı ildən bəri, Fransız dəbinin əbədi irsini qoruyaraq, uşaqlar üçün təkrarolunmaz geyim kolleksiyaları yaradır. İllər boyu Jacadi Paris zərifliyi, keyfiyyəti və rahatlığı özündə mükəmməl şəkildə birləşdirən bir brend olaraq qalır.

 

Hər zaman klassik üsluba üstünlük verən, lakin müasir bir marka olan Jacadi, uşaqlar üçün zərif aksesuarlar, dəri ayaqqabılar, gözəl geyimlər və uşaq otağı üçün növbənöv mebel əşyaları yaradır. Brend həm özəl günlər, həm də gündəlik geyimlər istehsal edir. Bu gün Jacadi Paris brendinin dünyanın 39 ölkəsində 270 butiki mövcuddur. Jacadi Paris brendinin Bakıda ilk mağazası isə 2013-cü ildə açılıb.