Valentino brendi italyan modelyeri Valentino Qaravani tərəfindən yaradılmışdır. 1959-cu ildə İtaliyanın Roma şəhərində moda evi kimi fəaliyyətə başlayan brend ən çox italyan dilində "Valentino Rosso" adlanan Valentino qırmızısı ilə yaddaşlara həkk olundu. Bu özəl qırmızı rəngdən əlavə, marka zərif krujeva, ipək şifon, ağ büzmələr, heyvan printləri, mirvarilər, əl işi tikmələr kimi geyimdəki qadın detalları ilə çox sevilir.