İlk kolleksiyasını 1981-ci ildə hazırlayan Michael Kors-un məşhur olmasının sirri onun dəb, zaman, yaş sərhədlərini aşmasıdır. Bu brendin geyimləri sadə, lakin eyni zamanda dəbdəbəlidir və fərqli zövqlərə sahib qadınların belə zövqünü oxşaya bilir. Michael Kors Avropa şarmını və amerikan şəhər üslubunu birləşdirməklə hər iki kontinentin də könlünü fəth etmişdir. “Hər bir insan ruhunun tələb etdiyi ilə məşğul olmalı və eyni zamanda müştərilərin razı qalacağından əmin olmalıdır. Heç bir halda dəb çərçivələri ilə məhdudlaşmaq lazım deyil, axı insanların unudulmamalı olan şəxsi seçim və zövqləri var”, - Kors deyir. Və hər bir qadın öz qarderobuna məhz bu brendin geyimlərini əlavə etməlidir deyə əlavə edir.