Ted Baker 1988-ci ildən bəri klassik britaniya tərzini incəlik və müasirliklə yenidən formalaşdıraraq, Birləşmiş Krallığın ən tanınmış moda brendlərindən birinə çevrilib.
Şotlandiyanın Qlazqo şəhərində keyfiyyətə və müştəri təcrübəsinə xüsusi önəm verən Ted Baker, ilkin olaraq köynək brendi kimi fəaliyyətə başlayıb. Brend il gündən detallara qarşı olan diqqəti ilə seçilib. Zamanla təkcə köynəklərlə kifayətlənməyərək, klassik zərifliyi və müasir dəbi birləşdirən geniş kolleksiyalar təqdim edib. Bu gün brend özünəməxsus tərzi ilə tanınır – klassik britaniya dəbi ilə cəsarətli naxışlar və müasir siluetləri bir araya gətirir.
Ted Baker illər ərzində incəsənət və dizayna olan sevgisini müxtəlif kolleksiyalarında əks etdirib. Zərifliyi vurğulayan naxışlı və floral donlardan tutmuş, eleqant və dəqiq biçimli dəstlərə qədər hər bir detal brendin imzasını daşıyır. Aksesuar xətti çanta, pulqabı, ayaqqabı və zərgərlik məhsullarından ibarət olmaqla həm dəbli, həm də funksionaldır. Bununla yanaşı, Ted Baker gündəlik geyimlər – trikotaj və denim kolleksiyalarında da eyni keyfiyyət və detallara diqqəti qoruyur.
Müasir modaya yaradıcı yanaşmasını qoruyaraq, Ted Baker bir çox dizayner və brendlərlə eksklüziv kolleksiyalar ərsəyə gətirib. Bu əməkdaşlıqlar brendin dəb dünyasında yeni üfüqləri kəşf etməsinə, eyni zamanda öz fərdi kimliyini qorumasına imkan yaradıb.
Hal-hazırda isə Ted Baker Bakıda, öz britaniya irsini və müasir tərzini dəb sevərlərə təqdim edir. Port Baku Mall-da yerləşən mağaza kişi və qadın geyimləri, eləcə də aksesuarlardan ibarət eksklüziv kolleksiya ilə müştərilərə Ted Baker dəbinin zərif və müasir yanaşmasını kəşf etmək fürsətini yaradır. Özünəməxsus eleqantlıq və yenilikçi dizaynı ilə Ted Baker, Azərbaycan moda dünyasında fərqli bir imza qoymağa davam edir.