AZ
Brendlerə Qayıdın
PASHA Real Estate
XƏRİTƏ
PASHA Real Estate

Həm yerli, həm də xarici daşınmaz əmlak bazarını təmsil edəcək PAŞA Real Estate satış mərkəzi yaşayış, investisiya və ofis icarəsi üçün əmlakların tanıtımını və təqdim edilməsini həyata keçirəcək. Satış mərkəzinin məqsədi əmlak sahəsində müştərilərə xüsusi yanaşma ilə rahat şəraitdə və məkanda beynəlxalq standartlara uyğun şəffaf xidmətin təqdim edilməsidir.

PAŞA Real Estate-in fəaliyyət istiqamətləri biznes və premium klass mənzil və villaların satışını və kirayəsini, həmçinin A-klass biznes mərkəzlərində ofis sahələrinin icarəsini əhatə edir. PAŞA Real Estate in Port Baku Mall-da yerləşən yeni satış mərkəzi zəngin çeşiddə məhsul təklifi ilə çıxış edərək, müştərilərə ehtiyaclarına cavab verəcək əmlakları rəhat şəkildə və peşəkar məsləhətçilərin köməyi ilə seçmək imkanını təqdim edir.