İngiltərənin aparıcı oyuncaq mağazası “The Entertainer”-a daxil olan uşaqlar sanki möcüzələr dünyasına daxil olur, sevdikləri bütün oyuncaqlara və qəhrəmanlara rast gələ bilirlər. “The Entertainer” mağazalar şəbəkəsi 1981-ci ildə İngiltərənin Amerşam şəhərində ilk oyuncaqlar mağazasının açılması ilə yaradılmışdır. 1981-ci ildən bu günə qədər, “The Entertainer” Böyük Britaniyanın ən böyük oyuncaq mağazalar şəbəkəsinə çevrilmişdir.