Məşhur Amerika brendi Tory Burch - onun təsisçisi, icraçı direktoru və dizaynerı Tory Burchun şəxsi stilini və həssaslığını əks etdirir. 2004-cü ildə yaradılmış brendin ilk kolleksiyası parlaq rənglər, printlər və eksklüziv detallarla fərqlənir. Bohem stilini və klassikanı özündə birləşdirən bənzərsiz Tory Burch brendinin əsas ilham mənbəyi isə incəsənət, musiqi, səyahət və ailədir. Dəb həvəskarlarinin qəlblərini bir anda fəth etmiş Tory Burch dünyanın müxtəlif ölkələrində 125-dən çox monobrend mağazaya sahibdir.