AZ
Tədbirlərə Qayıdın
Port Baku-da Milli Geyimlər Sərgisi

Port Baku-da Milli Geyimlər Sərgisi

Novruz Bayramı ərəfəsində Port Baku Ticarət Mərkəzində Qarabağ regionuna aid olan qədim qadın milli geyimlərinin imitasiyalarının nümayişi həyata keçirilir. Əsasən Şuşa şəhərinə məxsus geyimlərdə Qarabağ xalçalarının, ipəyinin, qədim İpək Yolu dövründən günümüzə qədər elementləri ilə gəlib çıxmış zərif parçaların vəhdətini ləbbadə, araxçın, kürk, arxalıq, don kimi milli geyim elementlərində görmək mümkündür. Sərgidə nümayiş edilən geyimlər Bakı Milli Geyim Evi tərəfindən Şuşada keçirilən Xarıbülbül Festivalı zəminində tikilmiş və müxtəlif tamaşalar və musiqili çıxışlar zamanı istifadə edilmişdir. Sərgi 29 Mart tarixinədək Port Baku Ticarət mərkəzinin birinci mərtəbəsində davam edəcəkdir. Sərgi ekspozisiyaları ilə tanışlıq Port Baku Ticarət Mərkəzinin ziyarətçiləri üçün tamamilə ödənişsizdir.

RELATED TAGS

TARİX

29 Mart 2023

ƏN SON TƏDBİRLƏR

Baharın gəlişini Port Baku Ticarət Mərkəzində hiss edin

Baharın gəlişini Port Baku Ticarət Mərkəzində hiss edin

Port Baku Ticarət Mərkəzi 21-23 Mart tarixlərində öz ziyarətçilərini bayram abu-havası ilə qarşılayır.

ARDI
Jacadi Uşaq Festivalı

Jacadi Uşaq Festivalı

Martın 18-də “Port Baku Mall” ticarət mərkəzinin yuxarı mərtəbəsində yerləşən “Jacadi” mağazasında uşaq əyləncə tədbiri təşkil olunacaq.

ARDI